Pişiyi döyən futbolçu oyuna çıxmaqdan imtina etdi

İngiltərənin “Vest Hem” klubunun pişiyinə şiddət tətbiq edən və bunu sosial şəbəkə hesabında paylaşan müdafiəçisi Kurt Zumanın bu hərəkətinə etirazlar bitmək bilmir.

Komanda.az xəbər verir ki, fransalı futbolçu komandasının Premyer Liqanın 25-ci turu çərçivəsində “Lester” ilə səfər oyununda da etirazlarla üzləşib.

Belə ki, start heyətdə yer alan və matçdan öncə isinmək üçün meydana çıxan müdafiəçi azarkeşlər tərəfindən fitə basılıb, ona qarşı müxtəlif şüarlar səsləndirilib. Nəticədə, 27 yaşlı futbolçu özünü yaxşı hiss etmədiyini bildirib və oyuna çıxmaqdan imtina edib. Bu üzdən, məşqçilər korpusu onun adını nəinki start heyətdən, matçın iştirak ərizəsindən çıxarmalı olub.

“Lester” – “Vest Hem” matçı isə 2:2 hesabıyla başa çatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button