
Kurban Berdıyevin cəzası açıqlandı
“Turan Tovuz” klubu 12500 manat cərimələnib.
Komanda.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
Bizon Azərbaycan kubokunda 1/4 finalın ilk görüşü “Sabah” – “Qəbələ” oyununa “Qəbələ” komandası təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Qəbələ”yə xəbərdarlıq edilib.
Bizon Azərbaycan kubokunda 1/4 finalın ilk görüşü “Turan Tovuz” – “Kəpəz” oyununun 41-ci dəqiqəsində “Turan Tovuz”un məşqçisi Yunis Hüseynov hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Turan Tovuz” 2500 manat cərimə edilib.
“Turan Tovuz” – “Kəpəz” oyununun 64-cü dəqiqəsində “Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev hakimi itələdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyunluq cəzalanıb, buraxılmasın, “Turan Tovuz” 10000 manat cərimə edilib.
Bizi Facebook-da izləyin



