“Barselona” rəsmisindən Depay haqda açıqlama

“Barselona”nın idman direktoru Jordi Kroyff hücumçu Memfis Depayın transferi ilə bağlı fikirlərini bildirib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o, niderlandlı hücumçunun komandaya fayda verə biləcəyini düşünür:

“Komandaya yeni oyunçular transfer etmək çətindirsə, Depayı nə üçün yanvarda satmalıyıq? O, peşəkar futbolçudur. Hələ də kluba çox kömək edə bilər. Azad agent olub-olmayacağını qarşıdakı aylarda müşahidə edəcəyik”.

Niderlandlı hücumçu 2021-ci ilin yayında “Barselona”ya keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button