Kroos niyə karyerasını bitirmək qərarına gəlib? – Açıqladı

“Real”ın yarımmüdafiəçisi Toni Kroos karyerasını başa vurmaq qərarından danışıb. 

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, alman futbolçu niyə 34 yaşında karyerasını bitirmək qərarına gəldiyini izah edib:

“Ətrafımdakı insanların mənə hər şeyin bitdiyini söyləməli olduğunu hiss etmək istəmirdim. Ya da ki, daha iki-üç il ehtiyat skamyada oturmalı idim. Bütün bunların qarşısını ala bildiyimə görə şadam”.

Kroos Almaniya millisinin heyətində Avropa çempionatında çıxış etdikdən sonra futbolçu karyerasını bitirmək qərarına gəlib. Turnir iyunun 14-də başlayacaq. AÇ-2024-ün açılış matçında Almaniya millisi Şotlandiya ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button