“Əvvəlcə bu problemi həll etməliyəm” – Kroos

“Real”ın yarımmüdafiəçisi Toni Kroos 2024-cü il Avropa çempionatından sonra Almaniya millisindəki karyerasını bitirib-bitirməyəcəyi ilə bağlı sualı cavablandırıb.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, almaniyalı futbolçu hələ bir çox şeylərin bəlli olmadığını bildirib:

“Mən bu barədə düşünməmişəm. Avropa çempionatından sonra baş verəcək bir çox şeylər bəlli deyil. Hələ növbəti mövsüm üçün klubla müqaviləm belə, yoxdur. Əvvəlcə bu problemi həll etməliyəm”.

Yarımmüdafiəçinin “Real”la müqaviləsi 2024-cü il iyunun sonunda başa çatır.

34 yaşlı futbolçu 2020-ci il Avropa çempionatından sonra milli karyerasını başa vursa da, bu ilin fevralında onu bərpa etmək qərarına gəlib. O, ümumilikdə Almaniya millisində 106 oyun keçirib və 17 qol vurub. Kroos 2021-ci ildən sonra yığmaya ilk dəfə dəvət alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button