Kroos milli komandaya qayıdır

2021-ci ildə Almaniya milli komandasındakı karyerasını bitirən Toni Kroos yenidən yığmaya qayıdır.

Komanda.az xəbər verir ki, “Real”ın  yarımmüdafiəçi bunu özü açıqlayıb. 34 yaşlı futbolçu mart ayında Almaniya yığmasının keçirəcəyi yoldaşlıq oyunlarda iştirak edəcək.

Almaniya millisi martda iki dəfə Fransa ilə üz-üzə gələcək. Daha sonra milli komanda Niderlandla qarşılaşacaq.

Kroos 2010-2021-ci illər ərzində millinin heyətində keçirdiyi 106 matçda 17 qol vurub, 19 məhsuldar ötürmə edib. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button