Krespo Qətər klubunda

Argentinalı məşqçi Ernan Kresponun yeni klubu məlum olub.

Komanda.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabritsio Romano özünün “tvitter” səhifəsində paylaşım edib.

47 yaşlı mütəxəssis karyerasını Qətərin “Əl-Duhail” klubunda davam etdirəcək. Kresponun müqaviləsi 2023-cü ilədək nəzərdə tutulub. O, baş məşqçi postunda portuqaliyalı Luiş Kaştrunu əvəzləyəcək.

Krespo son olaraq Braziliyanın “San-Paulu” klubunda işləyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button