Kovaç koronavirusa yoluxub?

Fransanın “Monako” klubunun baş məşqçisi Niko Kovaç koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə “Lequipe” nəşri məlumat yayıb. Məlumata görə, komanda üzvlərinin və məşqçilər heyətinin verdiyi koronavirus testlərində iki nəfərin nəticəsi pozitiv olub. Həmin şəxslərdən birinin Kovaç, digərinin isə qapıçı Benjamin Lekomte olduğu bildirilir.

Onların xəstəliyin simptomlarını keçirmədiyi və karantinə alındıqları qeyd olunur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button