Kovaç istefaya göndərildi

“Volfsburq” baş məşqçisi Niko Kovaçı istefaya göndərib.

Komanda.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Komandanın dünən Bundesliqanın 26-cı turunda “Auqsburq”a doğma meydanda (1:3) məğlubiyyətdən sonra bu qərar verilib. “Volfsburq” ardıcıl 3-cü dəfə uduzub.

52 yaşlı xorvatiyalı mütəxəssis 2022-ci ilin yayından “Volfsburq”u çalışdırırdı. 26 turdan sonra komanda Bundesliqada 25 xalla 14-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button