Konfrans Liqası: “Qəbələ” erkən dayandı

“Qəbələ” bu gün UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununu keçirib.

Komanda.az xəbər verir ki, “qırmızı-qaralar” Kiprdə “Omoniya”nın qonağı olub.

Qəbələdəki matçda “Qəbələ” rəqibinə uduzmuşdu – 2:3. Elmar Baxşıyevin komandası mərhələ adlamaq üçün səfərdə azı iki top fərqi ilə qələbə qazanmalıydı. Amma komanda ümidləri doğrultmayıb. Səfərdə daha böyük hesabla uduzan “Qəbələ” mübarizəni dayandırıb.

UEFA Konfrans Liqası
2-ci təsnifat mərhələsi, cavab oyunu

3 avqust

Omoniya – Qəbələ 4:1
Qol: Roman Bezus, 5; 30-pen. Adam Lanq, 38. Senu Kulibali, 59 – Ahmed Ayzaya, 56.
Baş hakim: Adam Ladebek (İsveç)
İlk oyun – 3:2
Nikosiya, “GSP Arena”

Omoniya: 40. Fabiano (k), 3. Adam Matteus, 5. Senu Kulibali, 7. Villi Semedo, 8. Moreto Kassama, 9. Andronikos Kakulli, 10. Loizos Loizu, 17. Yan Letsyaks, 19. Fuad Başiru, 22. Adam Lanq, 90. Roman Bezus.
Ehtiyat oyunçular: 23. Fransiz Uzoho, 98. Çaralambos Kiriakidis, 6. Markinyos, 18. Kərim Ənsərifərd, 20. Panayotis Zakariu, 21. Velko Simiç, 31. İoannis Kusulos, 73. Nemanya Miletiç, 74. Panayotis Andreu, 76. Çaralampos Çaralampus, 82. Nikolas Kiriakidis, 86. Andreas Xristou.
Baş məşqçi: Sofronis Avqusti.
Qəbələ: 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 4. Lukas Afriko, 7. Emil Səfərov, 9. Əyyub Allaş, 10. Omar Hani, 14. Ülvi İsgəndərov, 28. Murad Musayev, 34. Ürfan Abbasov (k), 72. Osama Xalayla, 99. Ahmed Ayzaya.
Ehtiyat oyunçular: 1. Rəşad Əzizov, 36. Elməddin Sultanov, 94. Həbib Huşənov, 5. Rauf Hüseynli, 8. Gilad Abramov, 12. Nicat Əliyev, 17. Yaovi Akakpo, 18. Mehrac Baxşalı, 29. Bilel Auaşeriya, 23. Xəyal Xudaverdiyev, 33. Hüseyn Mürsəlov, 71. Sənan Ağalarov.
Baş məşqçi: Elmar Baxşıyev.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button