Konfrans Liqası: Malta klubu növbəti mərhələdə

Bu gün UEFA Konfrans Liqasında 1-ci təsnifat mərhələsinin bir cavab oyunu keçirilib.

Komanda.az xəbər verir ki, günün yeganə matçında Malta “Baltsan”ı doğma meydanda Sloveniyanın “Domjale” komandası ilə qarşılaşıb.

Bir həftə öncə səfərdə darmadağınla qalib gəlmiş “Baltsan” cavab matçında məğlub olub. Amma bu, Malta təmsilçisinin mərhələ adlamasına mane olmayıb.

Mərhələnin qalan cavab görüşləri iyulun 20-də baş tutacaq.

Avropa Konfrans Liqası
1-ci təsnifat mərhələsinin cavab oyunu

18 iyul

“Baltsan” (Malta) – “Domjale” (Sloveniya) 1:3 (ilk oyun 4:1)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button