Kompani futbolçusunu təriflədi: “Əla irəliləyiş edib”

“Bayern”in baş məşqçisi Vensan Kompani komandanın almaniyalı yarımmüdafiəçisi Aleksandar Pavloviçin inkişafından danışıb.

Komanda.az “Bayern&Germany”-ə istinadən xəbər verir ki, belçikalı çalışdırıcı, Pavloviçin hücumda həmişə yaxşı çıxış etdiyini, ancaq indi müdafiədə də böyük irəliləyiş göstərdiyini bildirib:

“Pavloviç topu çox yaxşı ələ keçirir və komandaya müdafiədə necə təsir göstərə biləcəyini bilir. O, əla irəliləyiş edib”.

21 yaşlı Pavloviç “Bayern”in yetirməsidir. O, cari mövsümdə bütün turnirlərdə 30 matçda iştirak edib, 2 qol vurub və 1 məhsuldar ötürmə verib.

“Bayern” fevralın 14-də, Bundesliqanın 22-ci turunda “Verder”ın qonağı olacaq. Komanda hazırda 54 xalla turnir cədvəlinə başçılıq edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button