
“Komandamın çıxışı ilə qürur duyuram”
Türkiyə millisi DÇ-2026-nın seçmə mərhələsində səfərdə İspaniya yığması ilə məhsuldar heç-heçə edib – 2:2.
Qarşılaşmadan sonra türklərin baş məşqçisi Vinçenso Montella nəticə ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, italiyalı mütəxəssis komandasının oyunundan məmnun qaldığını bildirib:
“Komandamın çıxışı ilə qürur duyuram. Futbolçular xarakter göstərdilər, bir çox epizodlarda özlərini qurban verdilər. Yığmamız kifayət qədər rəqabətqabiliyyətlidir. Bu nəticə məni tam şəkildə qane etdi”.
İspaniya millisi qrupda 1-ci yeri tutaraq mundiala birbaşa vəsiqə qazanıb. Türkiyə yığması isə qrup ikincisi kimi çıxışını pley-off-da davam etdirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



