“Bu, Artetanın qərarıdır, mənim deyil”

“Arsenal”ın qapıçısı David Raya klubun baş məşqçisi Mikel Artetanın digər qolkiper Aaron Ramsdeyli ehtiyat oyunçular skamyasında saxlamaq qərarına münasibət bildirib.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, 28 yaşlı qolkiper əsas heyətdə meydana çıxmasının baş məşqçinin qərarı olduğunu deyib:

“Bu, Artetanın qərarıdır, mənim deyil. Ramsdeyl qayıtsa, o, komanda üçün mübarizə aparmalı və qələbə qazanmalıdır. Məncə, ilk dəfədir ki, eyni komandada iki yüksək səviyyəli qapıçı çıxış edir.

Rəhbərlik hər mövqe üçün iki oyunçuya sahib olmalıdır. Son iki matçda oynadım və bazar günü nə olacağını bilmirəm”.

İspaniyalı qolkiperin əsas heyətdə meydana çıxdığı oyunlarda “Arsenal” Premyer Liqada “Everton”u (1:0), Çempionlar Liqasında isə PSV-ni (4:0) məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button