“Komanda oyuna çox yaxşı yanaşdı” – Adrian Mutu

“Neftçi”nin baş məşqçisi Adrian Mutu Premyer Liqanın 16-cı turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 3:2 hesablı qələbəni belə şərh edib:

“Çətin oyun idi, aqressiv rəqibə qarşı oynayırdıq. Amma komandam xarakter göstərdi, meydanda oyuna çox yaxşı yanaşdılar və qalib gəldik. Bu gün komanda şəklində qalib gəlməyi bacardıq. Bu, mənim üçün çox vacibdir. Qapımızdan iki asan qol buraxdıq. Diqqətli olmalıydıq. Amma komandamın buna cavabı çox yaxşı oldu. Bəyəndim. Onlar göstərdilər ki, qalib gəlmək istəkləri var. Oyunda hər zaman hesabda irəli olan tərəf biz idik. Sevindirici amil odur ki, oyunçularım son dəqiqələri yaxşı idarə etdilər.

Üst pillələrdə yer almaq istəyirik. Nəinki üçüncü pillə, daha da yüksəklərə qalxmaq niyyətindəyik. Mövsümün yarısı bitir. Çox qəribə keçdi. Bəzi oyunlarda, bəzi məqamlarda bizim də səhvimiz, günahımız var. Elə oyunlar da olub ki, bəxtimiz gətirməyib. Bütün bu baş verənlərdən nəticə çıxarmalıyıq. Bacardığımız qədər sona qədər yuxarılarda məskunlaşmalıyıq. Bu qələbədən sonra əhvalımız yüksək səviyyədədir. “Qarabağ”a qarşı çətin olacaq. Çalışacağıq ki, həmin derbidə qalib gələk”.

Akif Əhmədov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button