“Qırmızı” debüt

Kolumbiya milli komandasının futbolçusu Daniel Munyos yığmada uğursuz debüt edib.

Komanda.az xəbər verir ki, DÇ-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsi çərçivəsində Peru ilə keçirilən matçda ilk dəfə milli formanı geyinən Munyos debüt oyununda qırmızı vərəqə ilə yadda qalıb. Qarşılaşmanın 56-cı dəqiqəsində meydana daxil olan Munyos, üç dəqiqə sonra sərt oynadığı üçün “qırmızı” alaraq, meydandan qovulub.

Kolumbiya Perunu 3:0 hesabıyla məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button