
Yeni baş məşqçidən Mainu haqda açıqlama
“Mançester Yunayted”in yeni baş məşqçisi Maykl Karrik komandanın yarımmüdafiəçisi Kobbi Mainunun oyununu şərh edib.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, ingiltərəli futbolçunun böyük istedadı olduğunu söyləyib:
“Mainu fantastik oyunçudur, onun böyük istedadı və böyük bacarığı var. O, inanılmaz dərəcədə vacib oyunlarda oynayıb və onları yaxşı idarə edib. Onun əlindən gələni etməsini səbirsizliklə gözləyirəm”.
20 yaşlı futbolçu cari mövsümdə bütün yarışlarda 15 oyunda iştirak edib və 1 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



