Klubsuz qalan Mitroğlu

Yunanıstanlı hücumçu Kostas Mitroğlu futbolçu karyerasını bitirmək niyyətindədir.

Komanda.az “Record”-a istinadən xəbər verir ki, 34 yaşlı hücumçu keçən ilin yayında “Aris”dən ayrıldıqdan sonra klubsuz qalıb.

Kostas Mitroğlu Borussiya” (Münhenqladbax), “Olimpiakos”, “Fulham”, “Benfika”, Olimpik (Marsel), “Qalatasaray”, PSV kimi klubların formasını geyinib.

O, 2009-cu ildən Yunanıstan millisində çıxış edir. Mitroğlu bu müddətdə 65 matça çıxıb, 17 qol vurub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button