Braziliyalı futbolçu “Liverpul”a doğru – Klopp agenti ilə görüşdü

“Everton”un futbolçusu Riçarlison yayda klubu tərk edə bilər.

Komanda.az xəbər verir ki, 21 yaşlı hücumçu “Liverpul”un diqqət mərkəzinə düşüb. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Xəbərdə, futbolçunun agenti Renate Velaskonun “Liverpul”un baş məşqçisi Yurgen Kloppla görüşdüyü bildirilib.

“Everton” Riçarlisonu 70 milyon avrodan aşağı məbləğə satmaq niyyətində deyil.

Braziliya millisində də çıxış edən Riçarlison, bu mövsüm Premyer Liqada 30 oyunda iştirak edərək, 12 qol vurub.