KL: Mövsümün rəmzi komandası və ən yaxşı oyunçusu açıqlandı

Futbol üzrə Avropa Konfrans Liqasında 2021/22 mövsümünün rəmzi komandası açıqlanıb.

Komanda.az xəbər verir ki, ən yaxşı 11 futbolçu arasında finalçılar – İtaliya “Roma”sından 4, Niderland “Feyenoord”undan isə 5 oyunçu yer alıb.

Digər 2 oyunçu isə Fransanın “Olimpik” (Marsel) və İngiltərənin “Lester Siti” komandası təmsil edir.

Qapıçı: Rui Patrisio (“Roma”);

Müdafiəçilər: Lutsharel Gertruyda, Gernot Traunder (hər ikisi “Feyenoord”), Kris Smollinq (“Roma”);

Yarımmüdafiəçilər: Tirell Malasiya, Luis Sinisterra (hər ikisi “Feyenoord”), Dmitri Payet (“Marsel”), Kirnan Düsberri-Holl (“Lester Siti”), Lorentso Pelleqrini (“Roma”);

Hücumçular: Siril Dessers (“Feyenoord”), Temmi Abraham (“Roma”).

“Roma”nın yarımmüdafiəçisi Lorentso Pelleqrini isə turnirin ən yaxşı futbolçusu seçilib.

Xatırladaq ki, Konfrans Liqasının qalibi finalda “Feenoord”a 1:0 hesabı ilə qalib gələn “Roma” olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button