“Keşlə”nin rəqibi ilk turda məğlub oldu

Futbol üzrə Rusiya çempionatında 2021/22 mövsümünün ilk turunun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Keşlə”nin rəqibi olan “Soçi” də yeni mövsümdə ilk çempionat matçına çıxıb.

Sözügedən komanda səfərdə “Nijni Novqorod”la qarşılaşıb. “Keşlə”nin rəqibi bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Qeyd edək ki, “Keşlə” səfərdə baş tutan ilk oyunda bu rəqibinə 0:3 hesabıyla məğlub olub. Cavab qarşılaşması iyulun 29-da Bakıda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button