“Keşlə”dən “Osmanlıspor”la heç-heçə

Türkiyədə təlim-məşq toplanışında olan “Keşlə” bu gün ilk yoxlama oyununa çıxıb.

Komanda.az xəbər verir ki, Bakı təmsilçisi Türkiyənin “Osmanlıspor” klubu ilə qarşılaşıb. 1-ci Liqa təmsilçisi ilə görüş qolsuz başa çatıb.

“Keşlə” növbəti yoxlama oyununda avqustun 2-də Türkiyənin “Çaykur Rizəspor” klubu ilə qarşılaşacaq. Super Liqa təmsilçisi ilə görüş saat 17:00-da başlayacaq.

Yoxlama oyunu

31 iyul

Keşlə – Osmanlıspor (Türkiyə) 0:0

Keşlə: 1. S.Namaşko, 4. S.Alxasov, 2. İ.Qırtımov, 5. F.Flores, 23 .C.Kamara, 17. T.Bayramlı, 8. S.Meza Kolli, 11. V.İsgəndərli, 14. E.Mehdiyev, 10. R.Qurbanov

Ehtiyat heyət: 22. R.Əzizli, 65. C.Əmirli, 19. A.Salahlı, 71. E.Quliyev, 33. T.Quliyev, 39. R.Azadov, 90. O.Fərəcov, 18. R.Əmircanov, 80. R.Əbdi, 93. A.Kərimov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button