“Keşlə” Kamran Ağayevi itirdi

“Keşlə” Premyer Liqanın 22-ci turunun “Neftçi” ilə ev oyununda ciddi itkiylə üzləşib.

Komanda.az xəbər verir ki, qarşılaşmanın ilk yarım saatının tamamı ərəfəsində meydan sahiblərinin qapıçısı Kamran Ağayev sıradan çıxıb. O, rəqib futbolçu ilə mübarizə zamanı sol əlindən zədə alıb. Həkimlərin səyinə baxmayaraq, o, meydanı tərk etmək məcburiyyətində qalıb. Bu üzdən də kapitanı 30-cu dəqiqədə Davud Kərimi əvəz edib.

“Keşlə” – “Neftçi” matçında ilk yarım saatdan sonra hesab açılmayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button