“Keşlə” “Soçi”nin qarşısına 22 futbolçu ilə çıxacaq SİYAHI

“Keşlə” Avropa Konfrans Liqasının 2-ci mərhələsi çərçivəsində Rusiyanın “Soçi” klubuna qarşı keçirəcəyi oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, Bakı klubu 22 futbolçu sifariş edib. Onlardan 3-ü qapıçı, 10-u müdafiəçi, 7-si yarımmüdafiəçi, 2-si hücumçudur:

Qapıçılar: S.Namaşko, K.Bayramov, Əkbər Vəliyev;

Müdafiəçilər: İlkin Qırtımov, Tərlan Quliyev, Şəhriyar Əliyev, Kərim Diniyev, Tural Axundov, Ruslan Əmircanov, Azər Salahlı, Miyusko Boyoviç, Elçin Mustafayev, Sərcan Omarov;

Yarımmüdafiəçilər: Rəhman Hacıyev, Felipe Santos, Turan Vəlizadə, Merab Qiqauri, Omar Qudiabi, Aldair Neto, Rafael Məhərrəmli;

Hücumçular: Amil Yunanov, Samir Abdullayev.

“Keşlə” Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Soçi” ilə üz-üzə gələcək. Bakı komandası ilk oyununu iyulun 22-də səfərdə keçirəcək. Cavab matçı isə bir həftə sonra Bakıda olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button