Van Persi baş məşqçiliyə başladı

Keçmiş hücumçu Robin van Persi baş məşqçiliyə başlayıb.

Komanda.az xəbər verir ki, sabiq hücumçu yeni mövsümdən “Feyenoord”un U-16 komandasını çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Van Persi həm U-16-da məşqçi olacaq, həm də əsas komandanın məşqçilər korpusunda yer alacaq.

“Feyenoord”un U-16 komandasında van Persinin oğlu Şakil van Persi çıxış edir.

Robin məhz “Feyenoord”un yetirməsidir. Lakin o, daha çox İngiltərənin “Arsenal” (2004-2012) və “Mançester Yunayted” (2012-2015) klublarındakı çıxışı ilə tanınıb. Van Persi İngiltərə Premyer Liqasında “Mançester Yunayted”lə bir dəfə çempionluq sevinci yaşayıbsa, iki mövsüm də bombardir olub. “Uçan hollandiyalı” ləqəbini almış futbolçu 2015-2018-ci illər aralığında Türkiyənin “Fənərbaxça” klubunda forma geyinib. O, qardaş ölkədə 87 oyuna çıxıb, 36 qol vurub. Keçmiş forvard, 2018/19 mövsümünü “Feyenoord”da keçirib.

Van Persi Niderland millisində 102 oyunda iştirak edib və 50 qola sevinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button