Bülənt Qorxmaz Bakıda – AFFA ilə danışıq aparıb? FOTO

“Bakı” klubunun və “Qalatasaray”ın sabiq baş məşqçisi Bülənt Qorxmaz Bakıya gəlib.

Komanda.az xəbər verir ki, Qorxmaz, Bakıya səfərindən fotoları rəsmi “instagram” hesabında paylaşıb. Onun Azərbaycana nə üçün gəldiyi isə hələ ki, məlum deyil.

Hazırda işsiz olan Bülənt Qorxmazın Azərbaycan milli komandasına görə AFFA və baş məşqçi axtaran “Sabah” klubu ilə danışıqlar aparmağa gəldiyi də istisna olunmur.

Son olaraq “Antalyaspor”u çalışdıran Bülənt, 2009/10 mövsümündə “Bakı”nın baş məşqçisi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button