Ərəblər Kazemiro üçün təklif hazırlayırlar

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kazemiro Səudiyyə Ərəbistanına yollana bilər.

Komanda.az xəbər verir ki, braziliyalı futbolçu “Əl-İttihad”a keçə bilər.

Hazırda ərəblər onun transferi üçün müəyyən təklif paketləri hazırlayırlar. Futbolçunun özü də daha yüksək maaş təklifi olacağı təqdirdə, ərəblərlə razılaşmağa müsbət baxır.

31 yaşlı oyunçunun Mançester klubu ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədər nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button