Kasilyasa görə dünyanın ən yaxşı 5 qapıçısı

“Real”ın və İspaniya millisinin keçmiş qapıçısı İker Kasilyas dünyanın beş ən yaxşı qapıçısının adını açıqlayıb.

Komanda.az xəbər verir ki, 41 yaşlı ispaniyalının “reytinq cədvəli”ndə 1-ci yeri Madrid klubunun hazırkı qapıçısı Tibo Kurtua tutub.

“Mançester Siti”nin qapıçısı Ederson 2-ci yerdədir.

İlk üçlüyü “Atletiko”nun qapıçısı Yan Oblak tamamlayıb.

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen dördüncü, “Bayern”in “çərçivə qoruyucusu” Manuel Noyer isə beşincidir.

Kasilyas “Real”ın heyətində beş dəfə La Liqanın, iki dəfə Kral kubokunun, dörd dəfə İspaniya superkubokunun, üç dəfə Çempionlar Liqasının, iki dəfə UEFA superkubokunun, iki dəfə Qitələrarası kubokun qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button