45 yaşlı Kasilyasın yeni sevgilisi

“Real”ın və İspaniya millisinin sabiq qapıçısı İker Kasilyasın yeni münasibətə başladığı iddia olunur.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 45 yaşlı sabiq futbolçu 2011-ci ildə “Miss Venesuela” qalibi olmuş aktrisa İrene Esser ilə görüşür. Cütlük barədə şayiələr bu ilin əvvəlindən yayılmağa başlayıb.

Kasilyas 2026-cı ilin əvvəlində Venesuelada, xüsusilə, Esserin böyüdüyü Sukre əyalətinin Kumana şəhərində də görülüb. Bu, o vaxt diqqət çəkməsə də, indi onların münasibətinin həmin dövrdə başladığı ehtimal edilir. Daha sonra cütlük Madriddə birlikdə görüntülənib.

Hər şey bu şəkildə davam edərsə, yaxın vaxtlarda Kasilyas və Esserin münasibətlərini rəsmi olaraq təsdiqləyəcəkləri bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button