Karvahal qalmaqala səbəb olan hadisə haqda: “Biz bu məsələdən uzaq dururuq”

İspaniya millisinin müdafiəçisi Daniel Karvahal AÇ-2024-ün seçmə mərhələsinin oyunları öncəsi keçirilən mətbuat konfransında İspaniya Kral Futbol Federasiyasının rəhbəri Luis Rubialisin ətrafında yaranmış qalmaqallı durumla bağlı fikirlərini bölüşüb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, “Real”ın futbolçusu bu məsələdən uzaq durduqlarını bildirib:

“Prezidentin davranışının qeyri-münasib olduğunu etiraf edirik, lakin Cenniferin həqiqətən də qurban olub-olmadığına dair nəticəyə gəlməli olan hüquqi qaydalar var. Biz bu məsələdən uzaq dururuq. Elə insanlar var ki, kimin günahkar, kimin qurban olduğuna qərar verməlidir. Biz əslində nə baş verdiyini bilmədən bu və ya digər tərəfi qabaqcadan mühakimə edə bilmərik. Artıq qeyd edildiyi kimi, Cennifer bu günə qədər müvafiq şikayət verməyib”.

Xatırladaq ki, qadınlar arasında dünya çempionatının finalında İspaniya millisinin qalibiyyətindən sonra Rubiales futbolçu Cennifer Hermosonu möhkəm qucaqlayıb və dodaqlarından öpüb. Nəticədə, FİFA Rubialesi müvəqqəti olaraq 90 gün müddətinə futboldan uzaqlaşdırıb, ona futbolçu ilə ünsiyyət qurmağı qadağan edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button