Karvahal “Selta” ilə oyundan sonra hakimi tənqid edib

İspaniya La Liqasının 16-cı turunda keçirilən “Real” – “Selta” (0:2) matçının baş hakimi Alehandro Kintero Qonsales görüşdən sonra baş verən hadisələr barədə danışıb. Hakimin sözlərinə görə, “Real”ın müdafiəçisi Dani Karvahal oyun bitdikdən sonra dəhlizdə ona sərt şəkildə etiraz edib.

Komanda.az “El Chiringuito”-ya istinadən xəbər verir ki, Qonsales epizodu belə təsvir edib:

“Cənab Dani Karvahal idman geyimində yox, adi geyimdə yanıma yaxınlaşdı və belə dedi: “Sizin hakimlik səviyyəniz budur, sonra da gedib mətbuat konfransında ağlayırsız”.

Matç zamanı “Real”ın bir çox futbolçusu hakimin qərarlarından narazılıq edib və bir neçə epizoda kəskin reaksiya göstərib. “Kral klubu” matçın son dəqiqələrində meydanda 9 nəfərlə qalıb. Əvvəlcə Fran Qarsiya, daha sonra isə ikinci qol ərəfəsində Alvaro Karreras qırmızı vərəqə ilə cəzalandırılıb.

Madrid klubu La Liqada 16 oyundan sonra 36 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button