Karragerin istəyi

“Liverpul”un keçmiş futbolçusu Cimi Karrager komandanın baş məşqçisi Yurgen Klopp barədə danışıb.

Komanda.az “Metro”-ya istinadən xəbər verir ki, o, almaniyalı mütəxəssisin İngiltərə klubundakı ilk illərini xatırlayıb:

“Kloppu qovmazdan qabaq klubdakı hər kəsi dəyişdirərdim. Onun kluba gəlişinə qədər komanda İngiltərə Premyer Liqasında altıncı və ya yeddinci olurdu. O, özünü sübut etdi. İstəyirəm ki, Klopp ilk gəldiyi illərdə olduğu kimi çıxışını davam etdirsin”.

Mersisayd təmsilçisi hazırda Premyer Liqanın turnir cədvəlində 29 xalla 10-cu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button