“10 dəqiqə içərisində “İnter”dən ayrılıb, “Real”a transfer olunmağa qərar verdim”

Braziliya millisinin və “Real”ın sabiq futbolçusu Roberto Karlos karyerası ilə bağlı maraqlı açıqlama verib.

Komanda.az xəbər verir ki, FİFA-nın “instagram” hesabında canlı yayımda iştirak edən sabiq futbolçu, “İnter”dən “Real”a keçidi ilə bağlı danışıb:

“İnter”də cinahda oynayırdım və ilk 7 oyunumda 7 qol vurmuşdum. 1995-ci ildə məni hücumda oynatmağa başladılar və buna görə çox çətinlik çəkirdim. Həmin vaxt “İnter”in prezidenti Massimo Moratti ilə danışdım və öz mövqeyimdə oynamaq istədiyimi bildirdim. Çünki cəmi üç ay sonra Braziliya millisi ilə Amerika kuboku turnirinə qatılmalı idim. Elə həmin gün “Real”ın prezidenti Lorenzo Sanzla görüşdüm və 10 dəqiqə içərisində “İnter”dən ayrılıb, “Real”a transfer olunmağa qərar verdim”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button