
DÇ-2026: “Portuqaliyaya qarşı oynayanda hər şeyi nəzərə almalıyıq”
Özbəkistan millisinin baş məşqçisi Fabio Kannavaro 2026-cı il dünya çempionatının qrup mərhələsində Portuqaliya yığması ilə oyun öncəsi fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis bunu deyib:
“Portuqaliya millisi hər cəhətdən güclüdür. Belə bir rəqibə qarşı necə oynayacağımızı başa düşməliyik. Meydanda məqsədsiz qaça bilmərik. Belə bir komandaya qarşı oynayanda hər şeyi nəzərə almalıyıq. Əlimizdən gələni etməli və daha az səhv etməliyik. Yalnız bundan sonra oyunun sonunda məmnun qala bilərik”.
Portuqaliya – Özbəkistan oyunu bu gün keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



