Kan: “Tuxel Avropanın ən çox arzulanan məşqçilərindən biridir”

Keçmiş qapıçı və “Bayern”in idarə heyətinin sabiq üzvü Oliver Kan bildirib ki, komandanın hazırkı problemlərində baş məşqçi Tomas Tuxel günahkar deyil.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya yığmasının keçmiş qolkiperi, Tuxelin ən çox arzulanan məşqçilərindən biri olduğunu bildirib:

“Tuxel Avropanın ən çox arzulanan məşqçilərindən biridir. O, Parisdə (PSJ) ulduzlarla dolu paltardəyişmə otağını idarə etdi və həmçinin “Çelsi” ilə Çempionlar Liqasını qazandı. Lakin o, Münhendə çətinliklər yaşayır. Bu, çox şeydən xəbər verir”.

Münhenlilər bu mövsüm çempionluq yarışında “Bayer”ə uduzub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button