“Kamp Nou” ətrafında qalmaqal

“Barselona” və azarkeşləri üç illik fasilədən sonra komandanın “Kamp Nou”ya qayıdışını böyük qələbə ilə qeyd etdilər. Komanda La Liqada “Atletik” üzərində 4:0 hesablı inamlı qələbə qazandı.

Komanda.az “derbyderbyderby.it”-ə istinadən xəbər verir ki, ancaq eyni zamanda, məşhur stadionun adı yenidən qalmaqallı xəbərlərin mərkəzinə düşüb.

Kataloniya əmək müfəttişliyi müəyyən edib ki, stadionun yenidənqurma işlərini həyata keçirən “Extreme Works” şirkəti qeyri-qanuni, qeydiyyatsız işçi qüvvəsindən istifadə edib. Yoxlamalar nəticəsində əksəriyyəti Türkiyədən olan 79 qeydiyyatsız işçi aşkarlanıb. Bu hal Avropada ciddi qanun pozuntusu kimi qiymətləndirilir və böyük rezonans yaradıb.

Nəticə olaraq, şirkət 1,09 milyon avro məbləğində cərimə ödəməyə məcbur ediləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button