Kakanın keçmiş xanımından etiraf: Xoşbəxt hiss etmədiyi üçün boşanıb

“Milan”ın və “Real”ın keçmiş yarımmüdafiəçisi Kakanın həyat yoldaşı Karolina Seliko 2015-ci ildə futbolçu “çox mükəmməl” olduğuna görə ondan boşanmaq qərarına gəlib.

Komanda.az “Football Talk”-a istinadən xəbər verir ki, keçmiş braziliyalı futbolçunun xanımı Kakanın ona heç vaxt xəyanət etmədiyini söyləyib:

“Kaka heç vaxt mənə xəyanət etməyib. Mənə yaxşı münasibət göstərdi, gözəl ailə bəxş etdi. Amma xoşbəxt deyildim, nəsə çatışmırdı. Problem onda idi ki, o, mənim üçün çox mükəmməl idi”.

Kaka və Seliko 9 illik evlilikdən sonra boşanıblar. Cütlüyün İzabella adlı bir qızı və Luka adlı bir oğlu var.

Kaka 2017-ci ilin dekabrında karyerasını bitirib. Yarımmüdafiəçinin son klubu Amerika “Orlando”su olub. Braziliyalı karyerasında ən çox (307) “Milan”da oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button