Avropa Super Liqası: “Yuventus” da qərarını açıqladı – rəsmi

İtaliyanın “Yuventus” klubu Avropa Super Liqasını tərk edib.

Komanda.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Xəbərdə, klubun Avropa Super Liqası layihəsindən çıxdığı bildirilib.

Bundan əvvəl İngiltərənin “Liverpul”, “Arsenal”, “Mançester Yunayted”, “Tottenhem”, “Mançester Siti”, “Çelsi”, İspaniyanın “Atletiko”, İtaliyanın “İnter” və “Milan” klubları Avropa Super Liqasını tərk etdiklərini açıqlayıblar.

Aprelin 19-da Avropanın 12 klubu Avropa Super Liqasının yaradıldığını bəyan etmişdi. Yeni turnirin ilkin mərhələsində İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko”, “Real”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klubları iştirak edəcəkdi.

Avropa Super Liqası layihəsinin vitse-prezidenti “Yuventus”un prezidenti Andrea Anyelli idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button