İbrahimoviç sıradan çıxdı

İtaliyanın “Milan” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, “qırmızı-qaralar”ın hücumçusu Zlatan İbrahimoviç sıradan çıxıb. Bu barədə “Sky Sport İtalia” nəşri məlumat yayıb. A Seriyasının 35-ci turunun “Yuventus”la matçında (3:0) zədələnən isveçli hücumçu bu gün tibbi müayinədən keçəcək.

İlkin məlumata görə, İbrahimoviçin zədəsi çox da ciddi deyil. Buna baxmayaraq, 39 yaşlı hücumçu A Seriyasının “Torino” və “Kalyari” ilə oyunlarını buraxacaq.

“Milan” bu gün səfərdə “Torino”nun qonağı olacaq. Matç saat 22:45-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button