“Qalatasaray”ın futbolçusu: “Təklifərə açığam”  

“Qalatasaray”ın icarə əsasında “Aston Villa”da çıxış edən hücumameyilli yarımmüdafiəçisi Nikolo Zaniolo gələcəyindən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı futbolçu bu haqda danışmağın hələ tez olduğunu bildirib:

“A Seriyasına qayıtmağım üçün nə qədər imkanlar olduğunu hələ də başa düşmürəm. “Fiorentina”nın marağını eşitdiyimə şadam. Amma harada oynayacağım barədə danışmaq hələ tezdir. İtaliyadakı və xaricdəki klublar üçün təklifərə açığam”.

Zaniolo ötən mövsüm bütün turnirlərdə 40 matçda iştirak edib və 3 qol vurub. Futbolçunun Türkiyə klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button