
Kubokun final matçına azarkeşlər buraxılacaq
İtaliya kubokunun “Atalanta” ilə “Yuventus” komandaları arasında keçiriləcək final matçına azarkeşlər buraxılacaq.
Komanda.az xəbər verir ki, bu barədə “Football İtalia” nəşri məlumat yayıb. Mayın 19-da, “Mapei Stadium”da keçiriləcək həlledici oyuna stadionun tutumunun 25 faizi qədər (23717) azarkeş buraxılacaq.
İtaliyada bu mövsüm A Seriyası və kubok matçları koronavirus pandemiyasına görə azarkeşsiz keçirilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin