A Seriyasında rekord göstərici

İtaliya A Seriyasında 31-ci turun oyunlarından sonra rekord göstərici qeydə alınıb.

Komanda.az “Opta”ya istinadən xəbər verir ki, turnirdə ilk dəfə 31 turdan sonra 5 komanda 60 və daha çox xal qazana bilib.

Hazırda A Seriyasında “İnter” 75 xalla liderdir. “Milan” 66 xalla 2-ci, “Atalanta” 64 xalla 3-cü sıradadır. Son çempion “Yuventus” 62 xalla 4-cü pillədə qərarlaşıb. Cennaro Qattuzonun rəhbərlik etdiyi “Napoli” isə 60 xalla 5-cidir.