İstanbul nəhəngi yeni transferlərini rəsmən açıqladı

“Fənərbaxça” heyətinə yeni futbolçular cəlb edib.

Komanda.az xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb.

İstanbul təmsilçisi “Udineze”dən Rodriqo Bekaonu, Marsel “Olimpik”indən isə Bartuğ Elmazı transfer edib.

27 yaşlı braziliyalı müdafiəçi ilə 5, 20 yaşlı türk yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. Bekaonun transferi 8,31 milyon avroya başa gəlibsə, Elmazın keçidi ilə bağlı detallar açıqlanmır.

Bekao 2019-cu ildən “Udineze”də oynayırdı. Elmaz isə Fransa klubuna ötən ilin yayında yetirməsi olduğu “Qalatasaray”dan keçmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button