“Fənərbaxça”da ciddi itki

“Fənərbaxça” klubunun yarımmüdafiəçisi Cengiz Ündər zədələnib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İstanbul təmsilçisinin 26 yaşlı vingeri Super Liqanın 5-ci turunun “Antalyaspor”la matçında (3:2) sıradan çıxıb.

Türkiyə millisinin üzvü üç həftə yaşıl meydanlardan uzaq qalacaq.

“Fənərbaxça” Cengizi mövsümün əvvəlində “Marsel”dən transfer edib. O, komandanın heyətində meydana çıxdığı 4 matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button