İsrafilov 3-4 həftədən sonra fərdi məşqlərə başlayacaq

“Neftçi”nin futbolçusu Eddi İsrafilovun diz oynağında artroskopik olaraq meniskdə təmizlənmə əməliyyatı aparılıb.

Komanda.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi 3-4 həftədən sonra fərdi məşqlərə başlayacaq.

Eddi bununla bağlı klubun rəsmi saytına açıqlama verib:

“Uzun müddət menisk yırtığı ilə oynayırdım, amma daha ağrıya dözə bilmədim və meniskdə təmizlənmə əməliyyatı aparıldı. Zədələrim fərqli zədələr deyildi, həmişə eyni zədə olub, buna baxmayaraq, ağrıkəsicilərdən istifadə edərək oynamağa davam edirdim. Arzu edirəm ki, tezliklə bərpa olum və bu mövsümdə qarşımıza qoyulan məqsədlərə çatmaq üçün komandaya kömək edə bilim”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button