“Futbolda ədalət yoxdur” – “Valensiya”nın baş məşqçisi

İspaniyanın “Valensiya” klubunun baş məşqçisi Xavi Qrasiya La Liqanın 14-cü turu çərçivəsində “Barselona”ya qarşı keçirdikləri səfər oyununu şərh edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Qrasiya, 2:2 hesabıyla bitən görüşlə bağlı bunları deyib:

“Nəticə ədalətlidir? Bu barədə çox danışırıq, amma futbolda ədalət yoxdur. Futbolçularımla qürur duyuram. Bu gün ilk hissədə daha çox qol vura bilərdik. İkinci hissədə hesabda önə keçsək də, nəticə istədiyimiz kimi olmadı. Qələbə üçün oynayırdıq, lakin alınmadı”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button