“Barselona”da Koutinyo ilə görüş

İspaniyanın “Barselona” klubunda yarımmüdafiəçi Filippe Koutinyo ilə görüş keçiriləcək.

Komanda.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb. Xəbərdə, “Barselona” rəsmilərinin braziliyalı yarımmüdafiəçinin klubdakı gələcəyini müzakirə etmək üçün onunla görüşəcəyi bildirilib.

“Barselona” Koutinyonu İngiltərənin “Mançester Yunayted” və “Mançester Siti” klubuna təklif etsə də, bu, rədd edilib. Mançester təmsilçiləri Koutinyoya ehtiyacları olmadıqlarını bildirib.

Koutinyo ilə “Nyukasl” klubu da maraqlanır. Amma 29 yaşlı futbolçu Premyer Liqa təmsilçisinə keçməyə müsbət yanaşmır.

Koutinyo bu mövsüm “Barselona” ilə 16 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button