“Real”ın futbolçusuna “elçi düşdülər”

İspaniyanın “Alaves” klubu “Real”dan Brahim Diası heyətinə qatmaq istəyir.

Komanda.az xəbər verir ki, Madriddə az şans qazanan 20 yaşlı yarımmüdafiəçi də qış fasiləsində klubdan ayrılmaq niyyətindədir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

“Alaves”in qış transfer pəncərəsi dövründə “Real”la rəsmi danışıqlara başlayacağı bildirilir.

2019-cu ilin yanvarında “Mançester Siti”dən “Real”a keçən Brahim, bu mövsüm sadəcə 2 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button