Tanınmış məşqçi “Real” haqda: “Oyunçuların fərqli oynamaq istəyi məşqçilik peşəsinə təhqir kimi səslənir”

Tanınmış ispaniyalı məşqçi Kike Sançes Flores “Real”ın problemləri barədə danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 60 yaşlı mütəxəssis komandanın hazırkı böhranının əsas səbəblərindən birinin oyunçuların zehniyyətindəki qüsurlar olduğunu düşünür:

“Düşünürəm ki, onlar zehni aspektə daha çox diqqət yetirməlidirlər. Vinisius Juniorun üsyankarlığı çox zərərlidir. Əsas problem oyunçuların baş verənlərə reaksiya verməməsidir. Oyunçuların fərqli oynamaq istəyi artıq məşqçilik peşəsinə təhqir kimi səslənir”.

Xabi Alonso bir neçə gün əvvəl Madrid klubunun baş məşqçi postundan ayrılıb və onun yerinə Alvaro Arbeloa gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button