“Barselona”nın kubokun final oyunu üçün start heyəti məlum olub

“Barselona”nın İspaniya kubokunun finalında “Real”la qarşıdakı oyuna hansı futbolçularla başlaya biləcəyi ilə bağlı məlumat ortaya çıxıb.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, kataloniyalıların start heyətində aşağıdakı futbolçular yer alacaq:

Voyçex Şesnı; Jül Kunde, Pau Kubarsi, İniqo Martines, Gerard Martin; Frenki de Yonq, Pedri, Dani Olmo; Lamin Yamal, Rafinya, Ferran Torres.

“Barselona”nın əsas hücumçusu Robert Levandovski zədə səbəbindən komandaya kömək edə bilməyəcək. Ölkə kubokunun final oyunu aprelin 26-da, saat 00:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button